Özəl tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb edilən işçilərinə əlavə pul ödəniləcək

Özəl tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb edilən işçilərinə əlavə pul ödəniləcək

Koronavirus təhlükəsi ilə əlaqədar tədbirlər davam etdirilir

 

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə" sərəncam imzalayıb. 

 

AYNA xəbər verir ki, sərəncam yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsini təmin etmək məqsədi daşıyır. 

 

Sərəncamla yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödəniləcək.

 

Eyni zamanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.

 

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif: Ayna.az      1 Aprel 2020 21:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin