İki yük avtomobilinin iştirakı ilə ağır qəza baş verib

İki yük avtomobilinin iştirakı ilə ağır qəza baş verib

Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub

 

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan başqa, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      31 Mart 2020 10:57
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin