DSX düşmən təxribatının qarşısını alıb

DSX düşmən təxribatının qarşısını alıb

Dövlət Sərhəd Xidməti məlumat yayıb 

 

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

 

Dövlət Sərhəd Xidmətindən AYNA-ya verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax ra­yo­nunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hə­rə­kət edən mülki nəqliyyat vasitə­ləri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

 

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

 

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

 

Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejimi­nin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələ­rimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır.

Müəllif: Ayna.az      30 Mart 2020 22:48
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin