Övladı bu il məktəbə gedəcək valideynlərin nəzərinə

Övladı bu il məktəbə gedəcək valideynlərin nəzərinə

Elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək

 

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. 

 

AYNA-ya Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

 

Qeyd edək ki, bu il birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilmişdi. Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılmışdı.  

 

Xatırladaq ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Müəllif: Ayna.az      28 Mart 2020 19:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin