Yaponiyanın Baş naziri üç ölkəyə səfər edəcək

Dünya

26.04.2024 - 13:16

Fumio Kişida may ayında Fransa, Paraqvay və Braziliyaya gedəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

“Baş nazir Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək. Bu il Yaponiyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) qoşulmasının 60 ili tamam olur. Fransada Baş nazir Kişida İƏİT nazirlərinin iclasında iştirak edəcək. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron ilə yüksək səviyyəli görüş nəzərdə tutulub. Bu görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə olunacaq”.

Bundan sonra Kişida Paraqvay və Braziliyaya yollanacaq. Bu, onun 2021-ci ildə Baş nazir olduqdan sonra bu ölkələrə ilk səfərləri olacaq. Braziliyada Yaponiya hökumətinin başçısı G20 çərçivəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Müəllif: Ayna.az