“CinemaPlus”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə

“CinemaPlus”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə

Fondun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaqdır

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

 

AYNA xəbər verir ki, bu məqsədlə “CinemaPlus” Fonda 100 000 manat məbləğində vəsait ayrıb.

 

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün yönəlmiş tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir.

Müəllif: Ayna.az      26 Mart 2020 21:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin