Gələn həftə 400-ə qədər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

Gələn həftə 400-ə qədər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib

 

Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının 14-21 və ya 21-28 günlük karantin rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır.

 

AYNA-ya bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulub.

Müəllif: Ayna.az      25 Mart 2020 21:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin