İki rayon xəstəxanasına direktorlar təyin edilib

İki rayon xəstəxanasına direktorlar təyin edilib

Bununla bağlı TƏBİB rəhbəri əmr imzalayıb

 

Azərbaycanda iki xəstəxanaya direktorlar təyin olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AYNA-ya verilən məlumata görə, bunlar Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarıdır (RMX).

 

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əmənullayev Oktay Xalıq oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu isə “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Müəllif: Ayna.az      16 Mart 2020 10:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin