Çində koronavirusa yoluxanların sayı artıb

Çində koronavirusa yoluxanların sayı artıb

Çində koronavirusa yoluxanların sayı 80,8 min nəfəri ötüb

 

Ötən gün ərzində Çində yeni tip koronavirus qurbanlarının sayı 7 nəfər artıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Məlumata görə, gün ərzində virusa yoluxanların sayı 8 nəfər artıb, ölkədə daha 1 318 insan sağalıb və xəstəxanalardan evə buraxılıb.

 

Komitə bildirib ki, Çində koronavirusa yoluxanların ümumi sayı 80 813 nəfər təşkil edir. Ölkənin 64 111 sakini yeni virusdan sağalıb, 3 176 nəfər ölüb.

Müəllif: Ayna.az      13 Mart 2020 07:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin