İcra başçıs vəzifəsindən azad olundu

İcra başçıs vəzifəsindən azad olundu

A.Məmmədov 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Sadıq oğlu Məmmədovla bağlı sərəncam imzalayıb.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

 

Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.

Müəllif: Ayna.az      9 Mart 2020 15:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin