Təhsil Nazirliyi koronavirusa görə qərargah yaradıb

Təhsil Nazirliyi koronavirusa görə qərargah yaradıb

Nazirlik koronavirus təhlükəsi ilə əlaqədar hərəkətə keçib 

 

 

Respublikanın bütün təhsil müəssisələrinə fevralın 24-də verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.

 

AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Qeyd olunur ki, qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını, müvafiq qərarların təxirə salınmadan qəbul olunmasını təmin edəcək.

 

Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb.

 

Vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 “Qaynar xətti”nə 24 saat ərzində müraciət edə bilərlər.

Müəllif: Ayna.az      29 Fevral 2020 19:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin