Əsas səhifə Haqqımızda Xəbər lenti

Müəllim olmaq istəyənlərin nəzərinə

Müəllim olmaq istəyənlərin nəzərinə

Həmin sənədlər müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi rolunu oynayacaq

 

2020-2021-ci tədris ili üzrə müəllim olmaq istəyən namizədlər üçün qiymətləndirmə çərçivəsi  hazırlanıb. 

 

AYNA-ya Təhsil Nazirliyindən verilən məlumata görə, qiymətləndirmə çərçivəsinə namizədlərin hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirən səriştələrin siyahısı, istifadə olunacaq tapşırıqların məzmun sahəsi, eləcə də çətinlik dərəcəsini müəyyənləşdirən qiymətləndirmə cədvəli daxildir. 

 

Bu çərçivənin hazırlanması hər bir fənn üzrə təklif ediləcək qiymətləndirmə vasitələrinin xüsusiyyətləri ilə tanışlıq məqsədi daşıyır. Həmin sənədlər müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi rolunu oynayacaq. 

Müəllif: Ayna.az      28 Fevral 2020 10:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin