Kasilyas futbolçu karyerasını başa vurub

Kasilyas futbolçu karyerasını başa vurub

Futbolçu İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədləyini rəsmən açıqlayıb

 

Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas futbolçu karyerasını başa vurub.

 

AYNA xəbər verir ki, bu barədə klubun prezidenti Jorje Nunu Pinto məlumat verib. Klub rəhbəri Kasilyasın bu barədə açıqlama verəcəyini bildirib.

 

Qeyd edək ki, təcrübəli futbolçu ötən gün İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədləyini rəsmən açıqlayıb. Bu post uğrunda seçkilər cari ilin payızında keçiriləcək.

Müəllif: Ayna.az      19 Fevral 2020 06:34
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin