“Sosial şəbəkələrdəki videogörüntülər araşdırılır” - MSK

“Sosial şəbəkələrdəki videogörüntülər araşdırılır” -     MSK

“Çalışacağıq ki, həmin materiallar üzərində araşdırma işlərini bu gün axşam və ya sabah yekunlaşdıraq"

 

Sosial şəbəkələrdə paylaşılan materiallara hüquqi qiymət verilməsi üçün üzərində araşdırma işləri aparılır. 

 

AYNA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib. 

 

Onun sözlərinə görə, materiallara MSK-nın iclasında baxılması üçün hazırlıq işləri görülür: “Çalışacağıq ki, həmin materiallar üzərində araşdırma işlərini bu gün axşam və ya sabah yekunlaşdıraq". 

 

MSK üzvü bildirib ki, seçkilərlə bağlı sosial şəbəkələrdə 300-ə yaxın videopaylaşım var: “Onlar ümumilikdə 50-60 seçki məntəqəsini əhatə edir”

Müəllif: Ayna.az      10 Fevral 2020 23:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin