MSK seçici fəallığı ilə bağlı 5 dəfə məlumat verəcək

MSK seçici fəallığı ilə bağlı 5 dəfə məlumat verəcək

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb, saat 08:00-da səsverməyə start verilib

 

“Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb”.

 

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

“Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”, - o, vurğulayıb.

Müəllif: Ayna.az      9 Fevral 2020 08:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin