Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirus qurbanlarının sayı artdı

Koronavirus qurbanlarının sayı artdı

Təhlükəli virus sürətlə yayılmaqda davam edir 

 

Çində koronavirus qurbanlarının sayı çoxalıb.

 

AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respbulikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 722 nəfərə çatıb.

 

Qeyd edilir ki, virusa 34,5 min nəfər yoluxub, 2050 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

 

“Fevralın 7-i gecə yarıya olan məlumata görə, Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən (rayonlardan, şəhərlərdən) virusa 34 546 yoluxma hadisəsi barədə informasiya alıb. 31 744 nəfərin müalicəsi hələ davam etdirilir, onlardan 6101 nəfər ağır vəziyyətdədir, 2050 nəfər xəstəxanalardan buraxılıb, 722 nəfər vəfat edib”, - xəbərdə bildirilir.

Müəllif: Ayna.az      8 Fevral 2020 05:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin