Putinlə Merkel arasında telefon danışığı olub

Putinlə Merkel arasında telefon danışığı olub

"Liviya üzrə beynəlxalq konfransla bağlı müxtəlif aspektlər müzakirə olunub”

 

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

 

Tərəflər Liviya böhranının nizamlanması üzrə yanvarın 19-da Berlində keçiriləcək beynəlxalq konfransla bağlı məsələləri müzakirə ediblər.

 

“Almaniya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası Vladimir Putinin Almaniya Federativ Respublikasının Kansleri Angela Merkellə telefon danışığı olub. Yanvarın 19-da Berlində keçiriləcək Liviya üzrə beynəlxalq konfransla bağlı müxtəlif aspektlər müzakirə olunub”, - məlumatda deyilir.

Müəllif: Ayna.az      17 Yanvar 2020 21:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin