Hindistan təyyarəsi bomba təhlükəsi səbəbindən məcburi eniş etdi

Hindistan təyyarəsi bomba təhlükəsi səbəbindən məcburi eniş etdi

Layner havaya qalxdıqdan 40 dəqiqə sonra geriyə qayıdıb

 

“Air Asia” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hindistanın Kəlküttə şəhərində bomba xəbərdarlığı səbəbindən məcburi eniş edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kəlküttədən Mumbaya uçan layner havaya qalxdıqdan 40 dəqiqə sonra geriyə qayıdıb. Buna səbəb təyyarədəki qadın sərnişinlərdən birinin pilota üzərində partlayıcı qurğu olması və istənilən an təyyarəni partladacağı ilə bağlı yazılı kağız verməsi olub. Layner hava limanına endikdən sonra qadın həbs edilib.

 

Onda hər hansı qurğu tapılmayıb.

Müəllif: Ayna.az      12 Yanvar 2020 20:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin