İraqda aksiyalar yenidən başladı - FOTO

İraqda aksiyalar yenidən başladı -        FOTO

İraqda etirazçılarla polis arasında toqquşma olub

 

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə aksiyalar yenidən alovlanıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, etirazlar Vasıt, Bəsrə, Babil, Divaniyə, Müsənna, Kərbəla, Nəcəf, Zikar və Misan şəhərlərini də bürüyüb. Bəsrədə aksiyanı işıqlandıran jurnalistlə operatorun öldürülməsi isə sərt reaksiyalara səbəb olub. Etirazçılar “intiqam alacağıq” deyə vəd veriblər.

 

Mitinqçilər “İran və ABŞ, İraqdan çıxın” şüarı səsləndirirlər. Etirazçılarla polis arasında toqquşma olub, yaralılar var.

 

Qeyd edək ki, İraqda ötən ilin oktyabrından başlayan etiraz aksiyalarında 500-dən çox insan ölüb, 20 mindən çox insan yaralanıb. Təzyiqlər nəticəsində Baş Nazir Adil Əbdülhəmid istefa vermək məcburiyyətində qalmışdı.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      11 Yanvar 2020 07:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin