Eks-prezidentin qızı ilə bağlı yeni xəbər

Eks-prezidentin qızı ilə bağlı yeni xəbər

Kərimovaya qarşı açılmış bir istintaq başa çatıb

 

Özbəkistanın Baş Prokurorluğu ölkənin ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi ilə bağlı açılmış cinayət işinin istintaqını yekunlaşdırıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında məlumat verilib: “G.Kərimovaya və büdcə vəsaitlərinin mənimsənilməsi, çirkli pulların yuyulması ilə bağlı cinayətlərə yol vermiş digər şəxslərə qarşı açılmış cinayət işinin istintaqı başa çatıb”.

 

Agentliyin məlumatına görə, ittiham aktı ilə cinayət işi mahiyyəti üzrə məhkəməyə göndərilib.

 

Qeyd edək ki, G.Kərimova 2015-ci ilin avqustunda vergidən yayınmaqda ittiham olunub, 18 dekabr 2017-ci il tarixdə isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin avqustunda Baş Prokurorluq ilk prezidentin qızına qarşı yeni cinayət işləri - dövlət vəsaitlərinin oğurlanması və ölkənin maraqlarına zidd əməliyyatlar həyata keçirməklə bağlı açıb. 2019-cu ilin dekabrında Prokurorluq cinayət işlərindən birinin istintaqının başa çatdığını elan edib.

 

G.Kərimova, xüsusilə dövlətə 165 milyon dollar və 85 milyard som ziyan vurmaqda ittiham olunurdu.

Müəllif: Ayna.az      6 Yanvar 2020 19:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin