Tramp indi də İraqı hədələyir

Tramp indi də İraqı hədələyir

Tramp: “Hərbi bazanın pulu verilməsə, çıxan deyilik”​

 

ABŞ prezidenti  Donald Tramp ABŞ qoşunlarının İraqdan çıxarılacağını rədd edərək  İraqı sərt sanksiyalarla hədələyib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, Tramp bu dəfəki bəyanatını belə əsaslandırıb: "Orada çox fövqəladə dərəcədə bahalı bir hərbi hava bazamız var. Bu milyardlarla dollara başa gəlib. Bu məbləğ bizə geri ödənmədikcə İraqdan çıxmarıq".

 

Qeyd edək ki, ötən gün İraq parlamenti ABŞ hərbi bazasının təcili ölkədən çıxarılması haqqında qərar qəbul edib.

 

Xatırladaq ki, ABŞ-ın keçən həftə Bağdadda iranlı general Qasım Süleymanini öldürməsi bölgədə gərginliyi artırıb. İran ABŞ-a “ağır intiqam” vəd edib. Rəsmi Vaşinqton isə İranı hədələməkdə davam edir.

 

Baş verən gərgiliklə bağlı bu gün NATO təcili toplantı keçirəcək.

Müəllif: Ayna.az      6 Yanvar 2020 11:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin