NATO təcili toplanır

NATO təcili toplanır

İclas bazar ertəsi, Bakı vaxtı ilə saat 18.00-a təyin edilib

 

İraqda vəziyyətin kəskinləşməsi ilə əlaqədar NATO-da təcili iclas çağırılıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberg Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili olaraq Şimali Atlantika Şurasının iclasını keçirmək barədə qərar qəbul edib.

 

İclas bazar ertəsi saat 15.00-a (Bakı vaxtı ilə 18.00) təyin edilib.

 

Qeyd edək ki,  İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin Bağdadda ABŞ-ın raket zərbəsi ilə öldürülməsindən sonra İraq parlamenti suverenliyinin pozulduğunu elan edib. O cümlədən İraqda beynəlxalq antiterror koalisiyasının qoşunlarının yerləşdirilməsi ilə bağlı razılığı pozub və xarici qüvvələrin İraqdan çəkilməsini tələb edib.

Müəllif: Ayna.az      5 Yanvar 2020 22:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin