İran matəmə qərq olub

İran matəmə qərq olub

Qasım Süleymaninin ölümü ilə bağlı 3 günlük matəm elan edilib

 

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının rəhbəri general Qasım Süleymaninin ölümü ilə bağlı, Ali dini lider Ayətullah Əli Xameneyi İranda 3 günlük matəm elan edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ali dini lider generalın öldürülməsinin ölkəni matəmə qərq etdiyini deyib.

 

Qeyd edək ki, yanvarın 3-ü gecə general Qasım Süleymani İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülüb. Baş verən hadisə rəsmi Tehranda böyük hiddətə səbəb olub. Xamaneyi “Günahkarları acı bir intiqam gözləyir”, - açıqlamasını verib.

 

Hadisə dünyanı növbəti müharibə qorxusuna bürüyüb. ABŞ-ın prezidentliyə keçmiş namizədi olmuş Berni Sanders yaşananları belə şərh edib: “İran generalı Qasım Süleymaninin öldürülməsi bölgədə təhlükəli eskalasiya yaradıb. Donald Trampın bu yaramaz addımı Yaxın Şərqdə nöbvəti müharibənin müjdəsini verir. Bu müharibə saysız insan ölümü və milyonlarla dollara bais olacaq. Tramp söz vermişdi ki, müharibələrə son qoyacaq, amma bu davranış müharibəni qaçılmaz edir”.

 

Bombardıman nəticəsində, Suriyada əhəmiyyətli mövqeyi olan, İranın dəstəklədiyi “Haşdi Şabi” qruplaşmasının rəhbərinin köməkçisi Ebu Mehdi əl Mühəndisin də öldüyü təsdiqlənib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 11:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin