"Çelsi" "Arsenal"a qalib gəldi

"Çelsi" "Arsenal"a qalib gəldi

Oyunda hesabı Per-Emerik Obameyanq açıb

 

"Arsenal" İngiltərə Premyer Liqasının 20-ci turunun matçında "Çelsi"yə məğlub olub.

 

AYNA-nın məlumatına görə, London derbisi "Emireyts" stadionunda baş tutub və 2:1 hesabı ilə başa çatıb.

 

Oyunda hesabı 13-cü dəqiqədə "topçular"ın hücumçusu Per-Emerik Obameyanq açıb. Qarşılaşmanın 83-cü dəqiqəsində Jorjinyo bərabərliyi bərpa edib, amma bundan 4 dəqiqə sonra "Çelsi" yenidən üstünlüyü ələ keçirib. 87-ci dəqiqədə Temmi Abram qələbə qolunu vurub.

Müəllif: Ayna.az      30 Dekabr 2019 01:23
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin