Növbəti həftənin ilk gününə gözlənilən xəbər

Növbəti həftənin ilk gününə gözlənilən xəbər

Gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir

 

Sabaha olan hava proqnozu açıqlanıb. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcək.

 

Gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12,Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə sabah hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,gündüz 4-9 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

Müəllif: Ayna.az      29 Dekabr 2019 12:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin