İbrahimoviç "Milan"la 6 aylıq müqavilə imzalayacaq

İbrahimoviç "Milan"la 6 aylıq müqavilə imzalayacaq

Zlatanın qərarı iki gün ərzində elan ediləcək

 

İsveç hücumçusu Zlatan İbrahimoviç gələcəkdə çıxış edəcəyi klub haqqında qərar qəti şəkildə qəbul edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, o, "Milan"la 6 aylıq müqavilə imzalayacaq.

 

Məlumata görə, Zlatanın qərarı iki gün ərzində elan ediləcək. O, 2020-ci ilin iyununa qədər "Milan"la müəyyən şərtlər daxilində müqavilə bağlayacaq. Tərəflərə yalnız detalları nizama salmaq və sazişi bağlamaq qalıb.

 

Daha əvvəl bildirilirdi ki, 36 yaşlı hücumçu ilə "Everton", "Napoli" və A seriyasından "Monsa" maraqlanır.

 

İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"da çıxış edib. İsveç futbolçusu 85 matçda 56 qol vurub.

Müəllif: Ayna.az      27 Dekabr 2019 05:51
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin