ABŞ-dan İran hakimlərinə qarşı sanksiya

ABŞ-dan İran hakimlərinə qarşı sanksiya

İki iranlı hakimə sanksiya tətbiq olunub 

 

ABŞ hökuməti Tehran İnqilabi Məhkəməsinin hakimləri Əbulqasım Salavati və Məhəmməd Moğisehə qarşı insan hüquqlarının pozulması ilə bağlı sanksiya tətbiq edib.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, bununla bağlı yayılan açıqlamada bildirilir ki, hakimlər “jurnalistlərin, hüquqşünasların, siyasi fəalların, ölkənin milli və dini azlıqlarının təmsilçilərinin öz azadlıqlarını müdafiə etmək cəhdlərinə görə cəzalandıraraq həbsə atmaq, şallaqlamaq və s. cəza tədbirlərinə məruz qoymaqla İran rejiminin ədliyyə pozuntuları”nda mühüm rol oynadıqlarına görə barələrində məhdudlaşdırıcı tədbirlər görülüb.

Müəllif: Ayna.az      20 Dekabr 2019 04:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin