71 nəfərin namizədliyi təsdiq olundu

71 nəfərin namizədliyi təsdiq olundu

Seçkilərdə iştirak üçün 268 namizəd müraciət edib

 

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günə qədər daxil olan müraciətlərin sayı açıqlanıb.

 

AYNA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı 268 namizədin müraciət etdiyini deyib.

 

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub.

 

MSK sədri qeyd edib ki, müraciət edənlərdən 29-u imza vərəqələrini götürüb. 

Müəllif: Ayna.az      14 Dekabr 2019 16:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin