Morales bu dəfə Argentinaya getdi

Morales bu dəfə Argentinaya getdi

Morales noyabrın 10-da istefa verərək Boliviyadan gedib

 

Boliviyanın eks-prezidenti Evo Morales Argentinaya gedib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Buenos-Ayres hava limanına eks-vitse-prezident Alvaro Qarsiya və daha iki nəfərlə birlikdə enib. Argentinanın Xarici İşlər naziri Felipe Solanın sözlərinə görə, Morales Argentinadan sığınacaq istəyib. Nazir Moralesə sığınacaq veriləcəyini bəyan edib. Boliviyanın keçmiş rəhbərinə qaçqın statusu da veriləcək.

 

Qeyd edək ki, Morales noyabrın 10-da istefa verərək Boliviyadan gedib. O, daha əvvəl Meksikadan sığınacaq istəmişdi. Daha sonra Kubaya yola düşən keçmiş prezident bu səfərin səhhəti ilə əlaqədar olduğunu bildirmişdi.

Müəllif: Ayna.az      12 Dekabr 2019 22:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin