Bakıda həyəcan siqnalı: Məşhur bazar yanır

Bakıda həyəcan siqnalı: Məşhur bazar yanır

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub

 

10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə yanğınla bağlı çağırış daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında qeydə alınıb.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      10 Dekabr 2019 10:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin