Bakıda məşhur restoranda yanğın - FOTOLAR

Bakıda məşhur restoranda yanğın -     FOTOLAR

Yanğın restoranın manqal üçün nəzərdə tutulan tüstü bacasında başlayıb

 

Bakının Binəqədi rayonunda yanğın baş verib. AYNA oxu.az-a istinadən bildirir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Qoşa çinar” restoranında qeydə alınıb.

 

Yanğın restoranın manqal üçün nəzərdə tutulan tüstü bacasında başlayıb. Yanğının sahəsi genişləndiyindən restoranın elektrik enerjisi dayandırılıb.

 

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovların ətraf əraziyə keçməsinin qarşısı alınıb.

 

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Müəllif: Ayna.az      21 Noyabr 2019 02:16
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin