Əsas səhifə Haqqımızda Xəbər lenti

Etibarnamə ilə bağlı yenilik edilir

Etibarnamə ilə bağlı yenilik edilir

Vətəndaş 5 dəqiqə ərzində istədiyi şəxsə  24 saat ərzində etibarnamə verə biləcək

 

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyət göstərəcək.

 

AYNA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

 

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş avtomobillə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Sistemdə vətəndaşın adına olan bütün nəqliyyat vasitə sistemdə çıxacaq".

 

"Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə bilinəcək. Ödəniş edildikdən sonra məlumatlar avtomotik olaraq Dövlət Yol Polisinə gedəcək", - deyə A.Səmədzadə bildirib

Müəllif: Ayna.az      20 Noyabr 2019 17:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin