Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp Moralesin istefasını demokratiya üçün əlamətdar an adlandırıb

Tramp Moralesin istefasını demokratiya üçün əlamətdar an adlandırıb

"Demokratiya və xalqın iradəsi həmişə qalib gələcək"

 

ABŞ prezidenti Donald Tramp Boliviya prezidenti Evo Moralesin istefasını alqışlayıb.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, bu, Nikaraquanın və Venesuelanın "qeyri-qanuni" hakimiyyətləri üçün əhəmiyyətli siqnaldır.

 

"Boliviya prezidenti Evo Moralesin dünənki istefası Qərb yarımkürəsində demokratiya üçün dönüş anı oldu", - deyə Trampın Ağ Evdə yayılmış bəyanatında deyilir.

 

"Birləşmiş Ştatlar Boliviya xalqının azadlığa cəhdini, Boliviya hərbçilərinin isə yalnız bir insanı yox, həm də Boliviyanın konstitusiyasını müdafiə etməsini alqışlayır", - deyə açıqlamada bildirilir.

 

"Bu hadisələr Venesuela və Nikaraquadakı qeyri-qanuni rejimlərə əhəmiyyətli siqnaldır ki, demokratiya və xalqın iradəsi həmişə qalib gələcək. İndi biz tamamilə demokratik, çiçəklənən və azad Qərb yarımkürəsinə bir addım daha yaxınıq", - deyə ABŞ lideri fikirlərini yekunlaşdırıb.

 

Müəllif: Ayna.az      12 Noyabr 2019 02:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin