Bakıda binada uçqun - FOTOLAR

Bakıda binada uçqun -       FOTOLAR

Binanın qəzalı vəziyyətdə olduğu bildirilir

 

Bakının Nərimanov rayonunda bina uçub. AYNA Unikal.org-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nazim Hacıyev 6 ünvanında qeydə alınıb. Belə ki,  4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.

 

Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində isə yerli sakinlər məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.



 
Müəllif: Ayna.az      12 Noyabr 2019 01:22
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin