Qədim türk irsinin yeni nəfəsi

Qədim türk irsinin yeni nəfəsi

Dünya ictimaiyyəti çox qısa müddətdə türk dövlətlərinin birliyinin yeni uğurlarına şahid olacaq

 

Ümumi tarixi köklərə və mənəvi bağlara malik türkdilli ölkələrin xalqları bu gün fəal inteqrasiya prosesinə qoşulmaqdadır. İnkişafın bu mərhələsində həmin ölkələr artıq sosial-iqtisadi mühitdə önəmli tərəflərdən birinə çevriliblər. Halbuki cəmi-cümlətanı, 20 il əvvəl hadisələrin belə inkişaf edəcəyini təsəvvür etmək də mümkün deyildi.

 

Bir müddət əvvəl çox aktual sayılan "slavyan dünyası" (Avropa ərazisində Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Çexiya kimi ümumi dil köklərinə malik 20-dək dövlət və xalq nəzərdə tutulur) isə SSRİ-nin süqutundan sonra ümumiyyətlə ikinci plana keçdi.

 

Çağdaş türk dünyası müxtəlif ölkə və qitələrdə yaşayan 165 milyonadək insanı əhatə edir. Türkdilli xalqlar 20-dən çox dövlət ərazisində, o cümlədən Cənubi Amerikada və Avropa Birliyi ölkələrində yaşayır. Təkcə Rusiya ərazisində tatar, başqırd, çuvaş, kumık, tuvalı, xakas, yakut, karaçay, çərkəs, balkar, noqay kimi türk xalqları məskunlaşıb.

Moldovada yaşayan qaquzlar da türkdilli xalqlar sırasındadır. Dünyada gedən qloballaşma prosesinə görə türklərin müəyyən qismi dünyanın müxtəlif hissələrində, o cümlədən ABŞ və Avstraliya ərazilərində yaşayırlar.

 

Türklərin böyük əksəriyyəti dini mənsubiyyətinə görə müsəlmandır.

 

Türkdilli xalqlar arasında gedən sürətli inteqrasiya prosesinin ilk addımları yaxın tariximizlə bağlıdır. 1992-ci ildə yeni təşəkkül tapan post-sovet ölkələri öz suverenliklərini beynəlxalq miqyasda təsdiq etməyə can atırdı. Elə o arada Türkiyə paytaxtında bir neçə ölkə başçısı tərəfindən Ankara sazişi imzalandı. Bu sənədlə tərəflər böyük Türk dünyasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək niyyətlərini rəsmi şəkildə bəyan etdilər.

 

Düz 10 il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması barədə deklarasiya imzalandı. Qüvvəyə minən sənəd əlaqələrin genişlənməsi və inkişafı strategiyasını müəyyən etməliydi. Bu hadisə qardaş xalqların əlaqərinin inkişafındakı yeni və daha məzmunlu, daha praqmatik mərhələyə start vermiş oldu.

 

Bu müddət ərzində Şura üzvləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin birgə təşəbbüsü ilə Türk Parlament Assambleyası - TürkPA, beynəlxalq türk mədəniyyəti təşkilatı olan TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, Ticarət-sənaye palatası kimi bir sıra faydalı institusional qurumlar yaradıldı.

 

Bu günlərdə Azərbaycan paytaxtında Türk Şurasının növbəti yığıncağı keçirildi. Son tədbirdə Özbəkistan və Macarıstan kimi dövlətlər də fərqli statuslarda sözügedən quruma üzv oldu.

Avropa Birliyinin fəal üzvlərindən biri olan Macarıstanın Türk dünyasına daxil olması son dərəcə diqqətəlayiq hadisədir. Heç şübhəsiz, türk xalqlarının tarixindən xəbərdar olmayan adamlara bu fakt bir qədər qəribə də görünə bilər. Tarixi mənbələrə görə, 1130 il əvvəl macarlar o zaman Deşti-Qıpçaq adlanan (indiki Qazaxıstan ərazisindəki) doğma yurdlarını birdəfəlik tərk edərək Avropanın mərkəzinə köç ediblər. Bu mənada həmin xalqların tarixi kökləri eyni olduğuna və aralarındakı genetik bağlar qorunğuna görə bugünkü əlaqələr xüsusi əhəmiyyətə malikdir. Macarıstanın Baş Naziri Viktor Orbanın Köçəri xalqların ümumdünya oyunlarında müntəzəm iştirakı da, görünür elə həmin ortaq tarixi keçmişə olan ehtiramla əlaqədardır.

 

Maçar hökümətinin rəhbəri Türk dövlətləri başçılarının Əməkdaşlıq Şurası çərçivəsindəki hər görüşündə müxtəlif statuslarda iştirak edir. Orbanın fikrincə, Türk Şurasının tədbirlərində Macarıstanın iştirakı birliyin Avropa ilə əməkdaşlığının möhkəmlənməsinə və inkişafına təsir etmiş olacaq.

 

Özbəkistanın sözügedən təşkilata tamhüquqlu üzv kimi qatılması isə türkdilli xalqların həmrəyliyinə, dövlətlər arasında əməkdaşlığın genişlənməsinə, həmçinin xalqların rifahı naminə koordinasiya səviyyəsinin artmasına təsir göstərmiş olacaq.

 

Bakı Sammitində, həmçinin qeyd olundu ki, inteqrasiya prosesində türk dünyasının qurucularından biri kimi Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin də xidməti olduqca böyükdür. Nazarbayevin strukturun işində daha fəal iştirakını təmin etmək məqsədilə onun üçün yeni post təsis edildi. Beləliklə, Nursultan Nazarbayev Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının ömürlük fəxri sədri təyin olundu.

 

Beynəlxalq müşahidəçilərin dəyərləndirdiyi bir əsas fakt da budur ki, bu birlik hər hansı siyasi, yaxud hərbi alyanslar çərçivəsində ittifaq yaratmaq fikrində deyil. Məqsəd xalqların ümumi tarixi keçmişinə əsaslanan iqtisadi-sosial və mədəni-humanitar əlaqələr formatında birlik yaratmaqdır. Bu perspektivli layihənin əsas cəhəti də məhz budur.

 

İşdə aşkarlıq, həmçinin çoxmillətlilik və çoxkonfensiyalılıq prinsiplərinə əsaslandığına görə Türk Şurasının həm regional, həm də beynəlxalq səviyyədə siyasi və iqtisadi nüfuzu ilbəil artmaqda davam edir. Müşahidəçilərin fikrincə, dünya ictimaiyyəti çox qısa müddətdə türk dövlətlərinin bu birliyinin yeni uğurlarına şahid olacaq. Elə bu səbəbə görə də bir çox inkişaf etmiş dövətlər Birliyə üzv olmağı prioritet məsələ hesab edəcək.

Müəllif: Yusif Abbaszadə      3 Noyabr 2019 11:05
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin