Bağdadinin "sağ əli" də öldürülüb

Bağdadinin "sağ əli" də öldürülüb

Bu barədə digər terror qruplaşmasının rəhbəri məlumat verib

 

YPG terror təşkilatının qolu olan Suriya Demokratik Qüvvələrinin (SDQ) Məzlum Kobani ləqəbli rəhbəri Abdi Şahin yeni açıqlama ilə gündəmə gəlib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, SDQ rəhbəri ABŞ-ın keçirdiyi əməliyyat sırsında öldürülən İŞİD lideri Əbubəkr əl-Bağdadinin xələfi Əbu Həsən əl Muhacirin də öldürüldüyünü bildirib.

 

Kobani SDQ kəşfiyyat bölmələri və ABŞ tərəfindən reallaşdırılan hərbi əməliyyatların davam etdiyini də əlavə edib.

 

Lakin əl-Mühacirin öldürülməsi ilə bağlı ABŞ-dan rəsmi açıqlama gəlməyib.

 

Digər tərəfdən Amerika mətbuatı Suriyanın şimalında baş tutan əməliyyat zamanı İŞİD sözçüsünün də hava zərbəsinə tuş gəldiyini vurğulayıb.

 

Qeyd edək ki, dünyanın ən çox axtarılan terrorçularından sayılan İŞİD lideri Əbubəkir əl-Bağdadinin dünən səhər saatlarında Suriyanın İdlib şəhərində öldürüldüyü iddia edilir.

Müəllif: Ayna.az      28 Oktyabr 2019 16:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin