Təhsil nazirindən vahid məktəbli forması ilə bağlı açıqlama

Təhsil nazirindən vahid məktəbli forması ilə bağlı açıqlama

Ceyhun Bayramov: “Formaların hansı dizaynda olmasını məktəblərin seçməsi mürəkkəb məsələdir”

 

“Orta məktəblərdə müxtəlif dizaynda vahid məktəbli formalarının olması nəzərdə tutulur. Qanunvericiliyə görə, müxtəlif formalarda hazırlanmış bir neçə dizayn təsdiq ediləcək”.

 

AYNA xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov, YAP-da keçirilən mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, ancaq məktəbli formasının hansı dizaynda olmasına məktəbin direktorları və valideyn komitəsi ilə müzakirədən sonra qərar veriləcək.

 

“Formaların hansı dizaynda olmasını məktəblərin seçməsi mürəkkəb məsələdir. Ayrı-ayrılıqda məktəblərdə vahid məktəbli formasının olması nəzərdə tutulub. Bu, o demək deyil ki, bütün ölkədə bir nümunə məktəbli forması istifadə olanacaq”, - nazir bildirib.

 

Bayramov əlavə edib ki, valideynlərlə birgə qərarlar qəbul edilib, standartlara uyğun seçilən məktəbli forması daha münasib olacaq: “Müxtəlif dizaynlar qəbul ediləcək. Valideynlərlə birlikdə seçim etdikdən sonra, mütəxəssislər tərəfindən standartlara uyğun seçilən məktəbli formaları daha keyfiyyətli olacaq”.

Müəllif: Ayna.az      17 Oktyabr 2019 13:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin