Trampdan Türkiyə ilə bağlı növbəti açıqlama - VİDEO

Trampdan Türkiyə ilə bağlı növbəti açıqlama  -         VİDEO

ABŞ-lı hərbçilər Suriyanın şimalını artıq tərk etməyə başlayıblar

 

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalında başlatdığı “Sülh çeşməsi” əməliyyatı ilə bağlı skandal açıqlama yayımlayıb. AYNA xarici mətbuata istiandən xəbər verir ki, Tramp bu açıqlamanı “Twitter” hesabında paylaşıb.

 

“İnsanlar əsrlərdir bir-birləri ilə müharibə şəraitində yaşayırlar. Artıq müharibə istəmirik”, - deyə ABŞ Prezidenti vurğulayıb.

 

Tramp onu da bildirib ki, kürdlər ABŞ-ı müharibəyə daxil etmək üçün İŞİD üzvü olan əsirləri azad etməyə başlayıblar: “Onsuz da Türkiyəyə çox sayda sanksiyalar tətbiq edilir. Bu baxımdan NATO üzvü olan Türkiyə ilə müharibə etmək fikrimiz yoxdur”.

 

PKK / PYD-YPG terrorçularının nəzarətində olan Tel Abyaddakı həbsxananın görüntüləri də yayılıb. Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, Tel Abyaddakı həbsxananın boş olduğu müəyyən edilib.

 

Həbsxana terrorçular tərəfindən, tamamilə boşaldılsa da, yüksək divarlarla əhatə olunmuş binanın açıq qapıları diqqət çəkib. YPG terrorçularının həbsxananı tərk etdiyi həbsxanada terror təşkilatının rəhbərlərinin plakatları və müxtəlif sənədləri də nümayiş etdirilib.

Milli Müdafiə Naziri Hulusi Akar mövzu ilə əlaqədar verdiyi açıqlamada, "İŞİD həbsxanasına getdiyimiz zaman oranın YPG terrorçuları tərəfindən boşaldıldığını, İŞİD əsrlərinin qaçırıldığını gördük", - deyə bildirib.

 

 

Qeyd edək ki, dünəndən etibarən ABŞ-a məxsus “sabitlik layihələri”ndən məsuliyyyət daşıyan amerikalı hərbçilər Suriyanın şimalını artıq tərk etməyə başlayıblar.

Müəllif: Ayna.az      14 Oktyabr 2019 17:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin