Türkiyə Silahlı Qüvvələri daha bir neçə bölgəni terrorçulardan təmizlədi - FOTO

Türkiyə Silahlı Qüvvələri daha bir neçə bölgəni terrorçulardan təmizlədi  -     FOTO

Oktyabrın 9-da başlayan əməliyyat nəticəsində 2 qəsəbə, 1 əyalət və 56 kənd PKK-dan təmizlənib

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) Tel Abyad şəhərinin cənubunda yerləşən Tel Antar kəndini PKK-lı terrorçulardan xilas edib.  

 

AYNA xəbər verir ki, kəndin mərkəzi hissəsini nəzarətə götürən SMO döyüşçüləri PKK/YPG yaraqlılarını zərərsizləşdirib.

 

Beləliklə “Sülh çeşməsi” əməliyyatının 4-cü günündə Rasul-Ayn və Alja şəhərləri, Əl-Salihiyyə düşərgəsi, Əl-Libiyə və Təlü-Bənət təpəsi, növbəti gün isə Tel Abyad şəhəri terrorçuların əlindən alınıb.

 

Tel Abyad şəhərinin mərkəzində YPG/PKK terrorçularına aid xeyli sayda silah-sursat ələ keçirilib. 

Qeyd edək ki, oktyabrın 9-da başlayan əməliyyat nəticəsində 2 qəsəbə, 1 əyalət və 56 kənd PKK-dan təmizlənib.

 

Onu da əlavə edək ki, əməliyyat nəticəsində 550 terrorçu məhv edilib və çox sayda terrorçu təslim olub.

Müəllif: Ayna.az      14 Oktyabr 2019 15:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin