Tbilisi aksiyalarının dördüncü günü: Etirazçılar tələblərində israrlıdı

Tbilisi aksiyalarının dördüncü günü: Etirazçılar tələblərində israrlıdı

Onlar, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə daha böyük etiraz və aclıq aksiyaları keçirəcəklərini bildiriblər

 

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

AYNA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dördüncü gündür keçirilən aksiyanın tələbləri dəyişməz qalıb: - aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını, iyunun 20-də Tbilisidə keçirilən kütləvi aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

 

Ərazidə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları növbə çəkir.

 

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaları daha geniş formada davam etdirəcəklərini, aclıq aksiyası keçirməyə hazır olduqlarını deyiblər.

 

 

Müəllif: Ayna.az      23 İyun 2019 20:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin