Əsas səhifə Haqqımızda Xəbər lenti

“Seçki nəyə lazımdır, biryolluq Şeyx kimi ömürlük olsunlar”

“Seçki nəyə lazımdır, biryolluq Şeyx kimi ömürlük olsunlar”

Və ya Akademiyada vəziyyət sabit ağır olaraq qalır…

 

Hər yerdə dəyişiklik, yaxud qismən dəyişiklik baş verir. Dəyişikliklərin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) zərrə qədər təsiri yoxdur. Bir neçə gündür ki, bu qurumun institutlarına seçkilər keçirilir.

 

Diqqət edin:

 

Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Humanitar elmlərdə:

 

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev-Muzeyinin direktoru seçiliblər.

 

Bu seçki, gizli səsvermə nəyə gərəkdir? Niyə bunlar Şeyximiz kimi ömürlük olmurlar...?

Müəllif:      18 Sentyabr 2019 12:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin