Əsas səhifə Haqqımızda Xəbər lenti

Səadət Sarayında 100 il sonra güllə səsi eşidildi - VİDEO

Səadət Sarayında 100 il sonra güllə səsi eşidildi -       VİDEO

AzTV-nin“Qətl planı” seriyasında bu dəfə Murtuza Muxtarovdur

 

Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, “Qətl planı” seriyasından olan filmdə milyonçunun qətlinin bir neçə versiyası rekonstruksiya edilərək tamaşaçılara təqdim olunacaq.

 

“Qətl planı”nda bolşeviklərin Muxtarovun yaşadığı evə (hazırkı Səadət Sarayı) atla daxil olması, milyonçunun həyat yoldaşı Liza Tuqanovanı gizlətməsi, özünün isə sona kimi mərd şəkildə mübarizə aparması nümayiş olunub.

 

Filmdə tarixçilərin fikirlərinə də yer ayrılıb.

 

Ssenari müəllifi İlqar Fəhminin, quruluşçu rejissoru Ramil Ağasıyevin olduğu bədii-sənədli filmdə ölkənin tanınmış aktyorları rol alıb.

 

“Qətl planı” mayın 6-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

Müəllif: Ayna.az      5 May 2021 17:18
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin