Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qarabağda suriyalı muzdlu” nağılı Ermənistanın özünüifşası ilə nəticələndi

“Qarabağda suriyalı muzdlu” nağılı Ermənistanın özünüifşası ilə nəticələndi

“Məhkəmə” niyə cəmi bir gün çəkdi və məkan olaraq hansı səbəbdən Sünik seçildi?

 

44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanı “suriyalı muzdlulardan” istifadə etməkdə günahlandıran Ermənistan barmağından sovurub çıxardığı bu “həqiqəti” bütün dünyaya sübut etmək üçün boş yerə çalışdı. İddiaları sübut etmək üçün Azərbaycan hərbçilərinin ratsiya danışıqları, şübhəli videomaterialları və ermənipərəst jurnalistlərin nəşrləri ortaya atılmışdı. İddiaların daha çox inandırıcı olması üçün Ermənistan ordusu iki muzdlu “əsir götürdü”. Erməni təbliğatı onları Muhrab Məhəmməd əl-Şxeri və Yusif Alabed əl-Hacı kimi təqdim etdi.

 

Mayın 4-də Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiyası məhkəməsi Muhrab Muhammad al-Şxeri və Yusef Alabed əl-Hacıya ömürlük həbs cəzası verdi. İttiham aktına görə, “Azərbaycan vətəndaşı olmayan, həm də daimi olaraq Azərbaycan ərazisində olmayan, Azərbaycan Silahlı Qüvvələrinin üzvü olmayan, Suriyanın vətəndaşı olan suriyalılar müharibədə mütəşəkkil olaraq iştirak etmişlər və bunun müqabilində maddi təzminat almışlar”.

 

Sözügedən şəxslərin hər ikisinin Kürd Fəhlə Partiyasının (PKK) silahlıları olması faktını Azərbaycan tərəfi keçən ilin payızında elan etmişdi. Məsələn, təqdim edilən videoda “tutulan suriyalı muzdlu” Muhrab Məhəmməd əl-Şxeri Suriyada muzdlu olaraq cəlb edildiyindən danışdı.

 

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, “əsir götürülmüş suriyalı muzdlular” ilə bağlı təqdim olunan bir dəqiqəlik video əslində kadrlardan edilən montajdır. Dindirilən şəxsin səsinin linqvistik yoxlanışı nəticəsində videoda təmsil olunan şəxsin, ehtimal ki, Suriyadan olan bir kürd olduğu, xüsusi bir ləhcə ilə ərəbcə danışdığı təsbit edildi.

 

Eyni sözləri Yusif Alabed əl-Hacı üçün də demək olar. Sosial şəbəkələrdə, “əsir” olan bu şəxsin kürd və erməni dillərində şüarlar səsləndirən silahlı şəxslərin əhatəsində oturduğunu əks etdirən videogörüntülər nümayiş olundu. Eyni zamanda, Yusif Alabed əl-Hacının əlində “Kürdüstan bayrağı” olan videosu da var.

Artıq özlərini Azərbaycan tərəfində döyüşən suriyalı muzdlu kimi təqdim edən kürd terrorçularının “ifadələri” ilə beynəlxalq ajiotaja nail ola bilməyən Ermənistan, onların üzərində bir “məhkəmə” təşkil etmək qərarına gəldi. Bu “məhkəmə”nin cəmi bir gün davam etməsi və nədənsə Ermənistanın Sünik bölgəsində keçirilməsi diqqət çəkir. Əgər “suriyalı muzdlular” işğal olunmuş Azərbaycan ərazisində yaradılan kukla rejimi ərazisində “əsir götürülüblərsə”, onda niyə Qarabağ separatçıları özləri onları mühakimə etməyə çalışmadılar?

 

Həqiqətən də, uzun illər İrəvanda, Ermənistanın yalnız “Qarabağın siyasi tanınmasını” təmin etdiyini söyləyərək, Qarabağ separatçılarının rejiminin müstəqilliyi haqqında iddialar səsləndirdilər. İndi isə birdən-birə Qarabağ separatçılarının Dağlıq Qarabağ münaqişəsinin “tərəfi” olduğunu elan edən Ermənistan hökuməti “suriyalı muzdluları” Sünik bölgəsində mühakimə etmək qərarına gəldi. Bu məhkəmə şousunda belə, Ermənistan özünü ifşa edir.

Müəllif: Asif Aydınlı      5 May 2021 23:11
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin