"Youtube" 100 mindən çox videonu, 17 min kanalı silib

"Youtube" 100 mindən çox videonu, 17 min kanalı silib

Bu barədə "Youtube" rəsmi açıqlama yayıb

 

2005-ci ildə qurulan, 2006-cı ildə isə "Google" tərəfindən satın alınan "Youtube"dan 100 mindən çox video silinib. AYNA xəbər verir ki, bu barədə "Youtube" rəsmi açıqlama yayıb. 

 

Açıqlamada bildirilib ki, "Youtube" rəsmiləri tərəfindən 100 mindən çox video, 500 milyondan çox şərh, həmçinin 17 min kanal  silinib.

 

Buna səbəb kimi isə həmin videolarda, kanallarda və şərhlərdə ictimai qaydaların pozulması göstərilib.

 

Qeyd olunub ki, bundan sonra "Youtube" artıq ictimai qaydaları pozan, əsasını nifrət və buna bənzər ifadələr təşkil edən görüntülərə yer verməyəcək.

Müəllif: Ayna.az      5 Sentyabr 2019 02:41
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin