Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyan Putinlə görüş barədə: “Çox məmnunam”

Paşinyan Putinlə görüş barədə: “Çox məmnunam”

“Putinlə gündəmin bütün mövzularını və detallarını müzakirə etdik”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşün nəticələrini qiymətləndirib. AYNA xəbər verir ki, Paşinyan “Facebook”da görüş haqqında fikirlərini bildirib.

 

Baş nazir görüşün nəticələrindən çox məmnun olduğunu vurğulayıb: “Əlbətdə, Rusiya Prezidenti ilə çox açıq münasibətlər quruldu, xüsusən son aylardakı münasibətlər birbaşa xarakter aldı. Putinlə gündəmin bütün mövzularını və detallarını müzakirə etdik”.

 

Paşinyan görüşdən sonra hansısa sənəd imzalanmadığını, lakin Rusiya lideri ilə bir sıra razılaşmaları və onların icrasını müzakirə etdiyini söyləyib.

 

Baş nazir təhlükəsizlik sahəsindəki razılaşmaların Rusiya və Ermənistan qoşunlarının, eyni zamanda, vahid regional hava hücumundan müdafiə sistemlərinin birləşməsi ilə əlaqəli olduğunu xatırladıb.

 

Xatırladaq ki, Putinlə Paşinyan arasında görüş 7 aprel tarixində Kremldə baş tutub. Açıqlanan gündəliyə əsasən, tərəflər Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Rusiya-Ermənistan strateji tərəfdaşlığı məsələlərini müzakirə ediblər.

Müəllif: Ayna.az      8 Aprel 2021 11:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin