Əsas səhifə Haqqımızda Xəbər lenti

“Facebook”un qurucusunun şəxsi məlumatları ələ keçirilib

“Facebook”un qurucusunun şəxsi məlumatları ələ keçirilib

Mark Zukerberqin telefon nömrəsi internetdə yayılıb

 

“Facebook”un qurucusu Mark Zukerberqin şəxsi məlumatları oğurlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, milyarderin telefon nömrəsi müxtəlif onlayn resurslarda paylaşılıb.

 

“Twitter” istifadəçilərindən biri yayılan məlumatlar siyahısında Zukerberqin telefon nömrəsini görüb və dərhal səhifənin ekran şəklini çəkərək paylaşıb.

 

Xatırladaq ki, dünən “Business Insider” nəşri 106 ölkədən olan 533 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatları və telefon nömrələrinin internetdə açıq şəkildə yayımlanması barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, ən çox ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadan olan “Facebook” istifadəçiləri zərər çəkib.

Müəllif: Ayna.az      4 Aprel 2021 21:18
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin