Əsas səhifə Haqqımızda Xəbər lenti

Daş karxanasındakı ölümlə bağlı cinayət işi başlanıb

Daş karxanasındakı ölümlə bağlı cinayət işi başlanıb

Araşdırmadan məlum olub ki, kombayn mişarı Balafər Əmirovun baş nahiyəsini kəsib

 

Martın 27-də saat 05 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində daş karxanasında mişar daşı idarə edən kombanyor 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Qaradağ Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla kombayn mişarının Balafər Əmirovun baş nahiyəsini kəsməsi nəticəsində onun hadisə yerində öldüyü müəyyənləşdirilib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az      29 Mart 2021 18:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin