Əsas səhifə Haqqımızda Xəbər lenti

AzTV-də qəhrəmanlara həsr olunmuş növbəti proqram – VİDEO

AzTV-də qəhrəmanlara həsr olunmuş növbəti proqram –         VİDEO

Bayram proqramı olan “Xarıbülbül” bu gün efirə gedəcək

 

Azərbaycan Televiziyasının (AzTV) Novruz bayramı proqramları davam edir. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, növbəti bayram proqramı “Xarıbülbül” adlanır.

 

“SS production”la birgə hazırlanmış layihənin dəstəkçisi Beynəlxalq Muğam Mərkəzidir.

 

Proqram uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsinə, şanlı qələbəni xalqa bəxş edənlərə həsr olunub.

 

Milli musiqinin müasir təqdimatı üzərində qurulan proqramın aparıcıları Naid Şadxan və Gülay Hüseynovadır.

 

“Xarıbülbül” martın 21-i saat 22:00-da AzTV-də yayımlanacaq.

Müəllif: Ayna.az      21 Mart 2021 15:08
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin