Əsas səhifə Haqqımızda Xəbər lenti

İranın səfiri Türkiyə XİN-ə çağırılıb

İranın səfiri Türkiyə XİN-ə çağırılıb

Səfirə terrorla mübarizədə ölkəsinin Türkiyənin qarşısında deyil, yanında olmasını gözlədikləri çatdırılıb

 

İran Türkiyədəki səfiri Məhəmməd Ferazmənd Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, səfirin XİN-ə çağırılmasına səbəb İranın Bağdaddakı diplomatik elçisi İrəc Məcidinin Türkiyənin İraqın suverenliyini pozması ilə bağlı fikirlərinə münasibət bildirmək məqsədi daşıyıb.

 

Nazirlik rəsmisi İran səfirinə terrorla mübarizədə ölkəsinin Türkiyənin qarşısında deyil, yanında olmasını gözlədiklərini çatdırıb.

 

Xatırladaq ki, fevralın 23-də İran İslam Respublikasının İraqdakı səfiri İrəc Məcidi yerli İraq Kürdüstanının “Rudaw” media qrupuna verdiyi müsahibədə Türkiyənin İraqın Şimalında apardığı antiterror əməliyyatlarının bu ölkənin suverenliyini pozduğunu bəyan edib. O, bildirib ki, Türkiyə beynəlxalq sərhədlərə hörmətlə yanaşmalı və öz qoşunlarını İraq ərazisindən dərhal çıxarmalıdır.

Müəllif: Ayna.az      28 Fevral 2021 18:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin