Əsas səhifə Haqqımızda Xəbər lenti

Daha iki güləşçimiz finala vəsiqə qazanıb

Daha iki güləşçimiz finala vəsiqə qazanıb

Əhmədnəbi Qvarzatilov və Cəbrayıl Hacıyev qızıl medal görüşlərinə çıxacaq

 

Azərbaycanın daha 2 sərbəst güləşçisi Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda finala çıxıb.

 

AYNA-nın məlumatına görə, 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 70 kq-dakı Cəbrayıl Hacıyev qızıl medal görüşlərinə çıxacaq.

 

1/8 finalda Macarıstan təmsilçisi Rişard Vilhelmə qalib gələb Qvarzatilov növbəti raundda ukraynalı Kamil Kərimovdan güclü olub. Final yolunda İkramcan Hacımuradovu (Qırğızıstan) üstələyən güləşçi həlledici görüşdə digər Ukrayna idmançısı Andrey Celeplə qarşılaşacaq.

 

Hacıyev də mübarizəyə 1/8 finaldan başlayıb. Ardıcıllıqla Georgi Robu (Moldova), İvan Kusyak (Ukrayna) və İslambek Orozbekovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran idmançının finaldakı rəqibi özbəkistanlı İlyas Bekbulatov olacaq.

 

Sərbəst güləş

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov – Rişard Vilhelm (Macarıstan) 13:2


1/4 final: Əhmədnəbi Qvarzatilov - Kamil Kərimov (Ukrayna) 11:0


1/2 final: Əhmədnəbi Qvarzatilov - İkramcan Hacımuradov (Qırğızıstan) 7:4


FİNAL: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna)

 

70 kq

1/8 final: Cəbrayıl Hacıyev – Georgi Robu (Moldova) 6:2


1/4 final: Cəbrayıl Hacıyev - İvan Kusyak (Ukrayna) 4:3


1/2 final: Cəbrayıl Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) 5:3


FİNAL: Cəbrayıl Hacıyev - İlyas Bekbulatov (Özbəkistan)

Müəllif: Ayna.az      27 Fevral 2021 23:29
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin